image

Xidmətlərimiz

Franşiza alınması üçün konsultasiya

Françayzinq bazarının ölçüsünü nəzərə alaraq, franşiza alarkən diqqətli olmalısınız. İlk öncə franşiza alıcının ürəyinə yatmalıdır, çünki maraqlı olmayan bir işdə irəliləmək çox çətindir. Bununla yanaşı, bütün hesabatları və maliyyə göstəricilərini hərtərəfli öyrənmək, brendin mahiyyətini və onun təşviqi üsullarını dərindən araşdırmaq və s. mütləqdir.

Bu çətin işi bizim mütəxəssislərimizə rahatlıqla etibar edə bilərsiniz. Geniş françayzinq bazarından sizə ən uyğun layihəni seçməyə kömək etməyə hazırıq.


Franşiza satışı üçün konsultasiya

Siz brend sahibisiniz və françayzinqlə maraqlanırsınız? Mütəxəssislərdən ibarət komandamız brendinizə franşizanı ən effektiv şəkildə hazır edib satmağa kömək edəcək.

Biz sizi bu sürətlə böyüyən bazarla tanış edib, françayzinq formaları haqqında lazımi məsləhətlər verərək, şirkətiniz üçün franşiza yaratmağın və idarə etməyin ən yaxşı yollarını seçəcəyik.


Brendin təhlili

Almaq üçün seçdiyiniz brendin hərtərəfli təhlilini bizə həvalə edin. Biz onu avtomatlaşdırma, iş axınının sürəti və s. daxil olmaqla əsas göstəricilər üzrə yoxlayacayıq.

Beləliklə, sizin üçün uyğun olan və həqiqətən işləyən bir model əldə etdiyinizə əmin ola biləcəksiniz.


Brend sertifikasiyası

Öz franşizasını uğurla satmaq istəyən bir şirkət bütün lazımi sertifikatlara sahib olmalıdır. Çox vaxt bu, ölkə qanunlarını, hətta beynəlxalq nizamı nəzərə alacaq xeyli zəhmət tələb edən bir prosesdir.

Sertifikatlaşdırma xidmətlərimizdən istifadə etməklə siz məsuliyyət yükündən azad olacaqsınız və biz bu işdə sizə kömək etməkdən məmnun olarıq! İşi peşəkarlara həvalə edin və bütün hüquqi məsələlərdə rahat olun.


Françayzinq Akademiyası

Françayzinq bazarının genişlənməsi ilə həm sahə mütəxəssislərinə, həm də auditoriya məlumatlanmasına ehtiyac artır. Çünki, insanlar françayzinqin faydalarını nə qədər yaxşı anlasalar, ticarət əlaqələri bir o qədər aydın şəkildə qurulur. Bu isə birbaşa ölkə iqtisadiyyatının inkişafına təsir göstərir.

Bu baxımdan biz insanların françayzinq sahəsində maarifləndirilməsinə xüsusi önəm verir, təlim və seminarlar, onlayn tədbirlər və master-klasslar keçiririk.

Bizim təlim  platformamıza qoşulun, françayzinq bazarından yeniliklər öyrənin və bizimlə inkişaf edin!