Françayzinq nədir?

Bu, sahibkarın özünə məxsus olmayan bir marka altında işləyərək formalaşmış biznes modelindən istifadə etdiyi və bunun üçün müəyyən ödənişlər həyata keçirdiyi biznes fəaliyyətinin təşkili üsuludur.

Brend sahibi françayzer, bu sistemdən istifadə edən sahibkar isə — françayzi adlanır.

Bir tərəfin (françayzerin) zəngin təcrübəsi, kommersiya hüquqları və satış bazarı tərəfindən tanınması var, digər tərəf isə (françayzi) bütün bunları “kirayə götürməyə” hazırdır.

 




ƏSAS ANLAYIŞLAR:
Françayzer — öz regionunda öz brendi altında biznes açmaq istəyən sahibkarlarla müqavilələr bağlayan franşiza təsisçisi/sahibi.

Françayzi — başqa sahibkardan və ya şirkətdən mövcud biznes modelindən istifadə edərək onun brendi altında biznes aparmaq hüququnu almış sahibkar.

Franşiza — əmtəə nişanından, texnologiyalardan istifadə etmək və bu brend altında işləmək hüququ.

Birdəfəlik ödəniş — françayzerin franşizadan istifadəyə görə haqq kimi françayzerə (əvvəldə) ödədiyi pul məbləği.

Royaliti — françayzi tərəfindən françayzerə daimi (aylıq) franşizadan istifadə haqqı kimi pul məbləğinin ödənilməsi. 

Reklam büdcəsi  —reklam kampaniyaları və brend marketinq fəaliyyətləri üçün françayzi tərəfindən françayzerə aylıq ödəniş.