Françayzinq sisteminin üstünlükləri

Həm françayzer, həm də françayzi üçün üstünlükləri nəzərdən keçirək.

Bazarda formalaşmış bir brend olaraq Françayzer növbəti məqsədlərindən biri kimi daha da böyüməsini görür. Bazar reallıqlarını və öz resurslarını qiymətləndirərək, o, yeni filialların açılması və ya öz franşizasının satılması arasında seçim edir. Françayzinqin seçmə səbəbləri və onun üstünlükləri aşağıdakılardır:

- İdarə sisteminin genişlənməsi olmadan biznesin böyüməsi

Regional menecerləri işə götürməyə ehtiyac yoxdur, çünki onların rolunu françayzilər - motivasiyalı biznes tərəfdaşları öz üzərinə götürür.

- Maliyyənin qoruması

Birbaşa biznesin yaradılma xərcləri (işçilərin işə götürülməsi, avadanlıqların alınması, reklam büdcəsi və s.) françayzi tərəfindən ödənilir.

- Yeni bazarlara tez daxil olması

Vaxt və maliyyə resursları tələb edən filiallar açılışı prosesindən fərqli olaraq, françayzinq indiki dövrdə çox vacib olan bir xüsusiyyətə — sürətə — malikdir.

- Daimi gəlir

Françayzinq hüququndan istifadəyə görə ödənişlər, həmçinin françayzerin mallarının satışından əldə edilən gəlirlər müntəzəm vəsait mənbəyidir.

- Reklam

Tək işləyən bizneslərdən fərqli olaraq, françayzinq şəbəkəsi mövcud brendin reklamı və təşviqi baxımından xeyli güclüdür.

- Bazar haqqında məlumat

İnkişaf etmiş françayzinq şəbəkəsi sayəsində bazar haqqında birbaşa məlumatı əldə etmək olar (auditoriyanın istək və şikayətləri, regionların xüsusiyyətləri).

- Satınalma üçün əlverişli şərtlər

Geniş bir şəbəkə olaraq müəyyən malların və komponentlərin alınması üçün miqdarı əsas tutaraq həmişə daha əlverişli şərtlər əldə etmək olar.

- Motivasiya dolu idarəçilər

Nəzərə alsaq ki, idarəçi (françayzi) eyni zamanda franşizanın investorudur, onun biznesə yanaşması hansısa sadə şirkət filialının həvəssiz menecerindən fərqlənir.


Öz növbəsində françayzinin də bu sistemdə xeyli üstünlükləri var. Güc birlikdədir və beləliklə, françayzer və françayzi arasındakı ittifaq rəqiblər üzərində üstünlük təmin edir. Burada bir sahibkar üçün franşiza əldə etməyin aşağıdakı üstünlüklərini qeyd etmək olar:

- Bazarda sınanmış biznes sistemi

Sahibkar artıq digər bazarlarda effektivliyini sübut etmiş biznes modeli üzərində işə başlayır

- Risklərin minimuma endirilməsi

Şirkətin müstəqil açılışından fərqli olaraq, sahibkar françayzerin tam dəstəyini və keçdiyi yolun təcrübəsini alır.

- İstehlakçılar tərəfindən tanınma

Bazar, sıfırdan başlayan bir şirkətdən fərqli olaraq tanınan bir markanı daha isti qarşılayacaq.

- Aşağı marketinq xərcləri

Nəzərə alsaq ki, françayzer — auditoriyaya tanış olan bir brenddir, françayzinin şirkəti reklam etməsinə həddindən artıq pul xərcləməsinə ehtiyac qalmayacaq.

- Françayzerin çoxillik biznes təcrübəsi

İllər ərzində sınanmış hazır brend sistemi françayzilərə sahənin və işin öyrənmə vaxtı və maliyyə kimi resurslara qənaət edir.

- Françayzi üçün maraqlı olan sahəyə keçməsi

Hansısa ahədə ilkin biliyə malik olmayan, lakin onunla maraqlanan və sahənin perspektivinə inanan françayzi bunun üçün müstəqil təcrübənin qazanılmasına illərlə vaxt itirmədən sevdiyi işlə məşğul ola bilər.

- Kadrların işə qəbulu və öyrədilmə proseslərinin rahatlığı

Françayzer tərəfindən verilən təlimatlar və işçilərin təlimində kömək, eləcə də güclü təşkil edilmiş sistem sayəsində işə qəbul prosesi xeyli asanlaşdırılır.