Azərbaycan Françayzinq Assosiasiyasının hədəfi nədir?
Azərbaycan markalarını beynəlxalq səviyyəyə danşımaq, ölkəyə daxil olan markaların ölkə ərazisində fəaliyyətini təşkil etmək əsas hədəfimizdir.Françayzinqin formaları hansılardır?
Birbaşa françayzinq: Bir müqavilə əsasında bir müəssisə açılır. Bu formada françayzilərin öz aralarında olan rəqabət çox aşağıdır. Çoxsaylı françayzinq: Nadir hallarda istifadə edilən françayzinq forması, hansında ki bir müqaviləyə əsasən françayzi bir neçə satış məntəqəsi açmaq hüququnu alır. Amma öz növbəsində françayzer müqavilə əsasında əraziyə olan hüququnu bir neçə sahibkara sata bilər. Bu formada françayzi rəqabəti çox yüksəkdir. Master-franşiza: Françayzinqin bu formasında françayzi françayzer qismində çıxış edərək müəyyən ərazidə həm müəssisələr açmaq, həm də franşiza satmaq hüququna malikdir.Françayzinqin növləri nələrdir?
Biznes format françayzinqi də adlanan, bu, indiki dövrdə ən populyar françayzinq növüdür. Onun rəhbərliyi altında françayzer şirkəti özünün bütün biznes proseslərindən standartlar yaradır, sonra isə françayzi tərəfdaşlarını öyrədir.Françayzinq nədir?
Bu, sahibkarın özünə məxsus olmayan bir marka altında işləyərək formalaşmış biznes modelindən istifadə etdiyi və bunun üçün müəyyən ödənişlər həyata keçirdiyi biznes fəaliyyətinin təşkili üsuludur. Brend sahibi — françayzer, bu sistemdən istifadə edən sahibkar isə — françayzi adlanır. Bir tərəfin (françayzerin) zəngin təcrübəsi, kommersiya hüquqları və satış bazarı tərəfindən tanınması var, digər tərəf isə (françayzi) bütün bunları “kirayə götürməyə” hazırdır.