AFA-nın Xidmət Mərkəzinə ziyarət

8 Dekabr 2022 - 11:52

AFA-nın Xidmət Mərkəzinə ziyarət

Azərbaycan Françayzinq Assosiasiyası İdarə Heyəti sədri Camid Mövsümov, İdarə Heyəti sədrinin müşaviri Rüfət Dadaşov, İdarə Heyəti üzvü və Türkiyə ofisinin rəhbəri Aytən Heydərxanlı  “ASAN 5” Mərkəzində yerləşən Təşkilatın Xidmət Mərkəzini ziyarət ediblər. Biznesin inkişafı departamentinin və Xidmət Mərkəzinin rəhbəri Aytən İmamquliyeva heyətin fəaliyyəti və müraciətlər haqqında İdarə Heyətinə məlumat təqdim edib. İdarə Heyəti üzvləri əməkdaşların fəaliyyəti ilə yerində tanış olub, zəruri məsləhətlər veriblər. Xidmət Mərkəzində canlı vətəndaş qəbulu həyata keçirilib.