Bu il dekabrın 2-də “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi” keçiriləcəkdir.

28 Noyabr 2022 - 11:52

Bu il dekabrın 2-də “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi” keçiriləcəkdir.

Bu barədə Azərbaycan Francayzinq Assosiyası İctimai Birliyi (AFA) məlumat yayıb.

Məlumatda bildirilir ki, AFA, Türkiyə və Azərbaycanda fəaliyyət göstərən tərəfdaşımız “Your Personal Consultant” markasının təşkilatçılığı, KOBİA və KOBSKA təşkilatlarının tərəfdaşlığı ilə 2 dekabr 2022-ci il tarixində “Bakı Biznes Mərkəzində” “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi” keçiriləcəkdir.

Zirvə tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerlərini, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələrini və türk dünyasında tanınmış maliyyə təşkilatlarınıı bir araya gətirir.

Zirvə çərçivəsində aşağıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılacaq:

- Açıq Bankçılıq;

- Bank sektorunun rəqəmsallaşmasında yeni metodlar və texnoloji həllər;

- Bank sektorunda insan resurslarının önəmli rolu;

- Bank satış və satış strategiyaları;

- Siber güvənlik və güvənlik texnoloji həllər;

- Gəlirli xəzinə İdarəetməsi;

- Sığorta sənayesini formalaşdıran strateji məsələlər;

- Sığorta sektorunda satışın təşkili və idarəedilməsi;

- DATA mərkəzlərinin idarəedilməsi;

- RPA tətbiqləri;

- Rəqəmsal Sığorta və Sağlamlıq Sığortası

“Türk Maliyyə Sektoru Liderlər Zirvəsi” Azərbaycanda sırf Türkiyə aparıcı bankları və Sığorta şirkətləri rəhbər heyətinin birgə  iştirak etdiyi yeganə maliyyə tədbiridir.

AFA əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə  uyğun olaraq qeydiyyata alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri hökumət təşkilatıdır.

AFA-nın əsas fəaliyyət istiqamətləri sırasına ölkəmizdə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsi və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.