Françayzinqin formaları

Bu bölmədə biz françayzinin hansı səlahiyyətlərə malik olduğunu müəyyən edə bilərik.

Birbaşa françayzinq: Bir müqavilə əsasında bir müəssisə açılır. Bu formada françayzilərin öz aralarında olan rəqabət çox aşağıdır.

Çoxsaylı françayzinq: Nadir hallarda istifadə edilən françayzinq forması, hansında ki bir müqaviləyə əsasən françayzi bir neçə satış məntəqəsi açmaq hüququnu alır. Amma öz növbəsində françayzer müqavilə əsasında əraziyə olan hüququnu bir neçə sahibkara sata bilər. Bu formada françayzi rəqabəti çox yüksəkdir.

Ərazinin inkişafı: Eyni ərazidə bir neçə müəssisə açmaq üçün müstəsna hüquq. Üstəlik, bu hüquq başqasına satılmır.

Master-franşiza: Françayzinqin bu formasında françayzi françayzer qismində çıxış edərək müəyyən ərazidə həm müəssisələr açmaq, həm də franşiza satmaq hüququna malikdir. Bu françayzi (ondan françayzinq alan şirkətlər və ya sahibkarlar üçün françayzer hesab olunur) royaltidən əldə olunan gəlirə nəzarət edəcək və pay alacaq, həmçinin digər üstünlüklərdən yararlanacaq. Bu forma subfrançayzinq kimi də tanınır.