AFA karyera

Assosiasiyanın əsas iş prinsiplərindən biri — güclü komandanın olmasıdır. Məhz buna görə də biz françayzinq sahəsində inkişaf etmək istəyən və ölkəmizin biznes sənayesinin inkişafına dəstək verməyə hazır olan peşəkar kadrları qəbul etməyə hazırıq.

AFA-nın çoxşaxəli fəaliyyəti aşağıdakı kimi peşəkar bacarıqların fəal inkişafını nəzərdə tutur:

- biznes proseslərinin idarə edilməsi
- analitik düşüncə
- ünsiyyətcillik
- təşkilatçılıq bacarığı
- təşəbbüskarlıq
- komanda işi

və biznesin idarə edilməsi sahəsində digər faydalı bacarıqlar.

Beləliklə, peşəkar komandamızın bir hissəsi olmaqla, bu sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edəcəksiniz. Ən əsası isə bizim bütün fəaliyyətimiz Azərbaycanın biznes mühitinə və vətəndaşlarının rifahına yönəlib. Ona görə də biz ölkəmizin iqtisadiyyatını birlikdə inkişaf etdirməyi təklif edirik!