Azərbaycan Françayzinq Assosiasiyasının hədəfi nədir?
Azərbaycan markalarını beynəlxalq səviyyəyə danşımaq, ölkəyə daxil olan markaların ölkə ərazisində fəaliyyətini təşkil etmək əsas hədəfimizdir.Françayzinqin formaları
Birbaşa françayzinq - Bir müqavilə əsasında bir müəssisə açılır. Çoxsaylı françayzinq - Nadir hallarda istifadə edilən françayzinq forması, hansında ki bir müqaviləyə əsasən françayzi bir neçə satış məntəqəsi açmaq hüququnu alır. Ərazinin inkişafı - Eyni ərazidə bir neçə müəssisə açmaq üçün müstəsna hüquq. Master-franşiza - Françayzinqin bu formasında françayzi françayzer qismində çıxış edərək müəyyən ərazidə həm müəssisələr açmaq, həm də franşiza satmaq hüququna malikdir.Françayzinqin növləri
Biznes format françayzinqi də adlanan - Biznes françayzinq, indiki dövrdə ən populyar françayzinq növüdür. Onun rəhbərliyi altında françayzer şirkəti özünün bütün biznes proseslərindən standartlar yaradır, sonra isə françayzi tərəfdaşlarını öyrədir.Françayzinq nədir?
Bu, sahibkarın özünə məxsus olmayan bir marka altında işləyərək formalaşmış biznes modelindən istifadə etdiyi və bunun üçün müəyyən ödənişlər həyata keçirdiyi biznes fəaliyyətinin təşkili üsuludur.